REGİONLAR
İmişlidə pərakəndə əmtəə dövriyyəsinin həcmi 1,9 faiz artıb
İmişli, 20 may, Aydın Yavərzadə, AZƏRTAC
Bu ilin birinci rübündə İmişli rayonunda əmtəə dövriyyəsi üzrə artım müşahidə olunub. Pərakəndə əmtəə dövriyyəsinin həcmi 2021-ci ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 1,9 faiz artaraq 68 milyon 737,9 min manat təşkil edib.
İmişli rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, 2022-ci ilin birinci rübündə pərakəndə əmtəə dövriyyəsinin ümumi həcminin 41 milyon 501.7 min manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 27 milyon 236.2 min manatını isə qeyri-ərzaq malları təşkil edib. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə ərzaq məhsulları, içkilər və tütün məmulatlarının satışı 4,3 faiz azalıb, qeyri-ərzaq mallarının satışı isə 13,1 faiz artıb.
2022-ci ilin birinci rübündə 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə bazar və yarmarkalarda istehlak məhsullarının və hüquqi şəxslər üzrə istehlak bazarının satışında, həmçinin hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarların ticarət şəbəkələrindəki satışlarda artım müşahidə olunub. Pərakəndə əmtəə dövriyyəsinin hamısı qeyri-dövlət müəssisələrinin payına düşüb.