REGİONLAR


İmişlidə piyada səkiləri yenidən qurulur

İmişli, 2 dekabr, Aydın Yavərzadə, AZƏRTAC

İmişli şəhərində abadlıq və quruculuq işləri davam etdirilir. Hazırda şəhərin mərkəzi küçələrində piyada səkiləri yenidən qurulur.

Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, artıq İmişli şəhəri şəhid Nəcməddin Savalanovun adını daşıyan küçədə abadlıq işləri başa çatıb. Həmin küçədə piyadaların rahat və təhlükəsiz gediş-gəlişinin təmin olunması üçün 2600 metr səki daşları yenisi ilə əvəzlənib. Eyni zamanda, 4550 kvadratmetr döşəmə plitə üzlük daşlar düzülüb, səkilərdə əlil arabaları üçün panduslar düzəldilib, yağış sularının axıdılması üçün suötürücülər yaradılıb.

Hazırda şəhərin Xanhüseyn Bəylərov küçəsində abadlıq işləri aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.