REGİONLAR


İmişlidə qanvermə aksiyası

İmişli, 13 dekabr, Mahir Babayev, AZƏRTAC

İmişlidə hemofiliya, talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkənlərə yardım məqsədilə qanvermə aksiyası keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutu nəzdində Mərkəzi Qan Bankı işçilərinin təşəbbüsü ilə keçirilən aksiyada rayonun icra strukturlarının nümayəndələri, tibb işçiləri, şəhər sakinləri və gənclər fəallıq nümayiş etdiriblər.

Mərkəzi Qan Bankının 7 nəfərdən ibarət həkim briqadası rayon mərkəzi xəstəxanasının tibb heyəti ilə birgə donorları müayinə etdikdən sonra onlardan qan götürüblər. Gün ərzində davam edən humanitar aksiyada 97 könüllü donordan qan götürülüb. Tədarük olunan qan nümunələri Mərkəzi Qan Bankının laboratoriyasında yoxlanıldıqdan sonra irsi qan xəstəliklərinin müalicəsində istifadə olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.