REGİONLAR


İmişlidə qısa müddətdə 1522 hektar sahədə yazlıq bitkilər əkilib

İmişli, 12 mart, Mahir Babayev, AZƏRTAC 

İmişlidə cari təsərrüfat ilinin məhsulu üçün yazlıq bitkilər əkininə başlanılıb.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, əkinə mütəşəkkil başlayan məhsul istehsalçıları qısa müddətdə 1522 hektar sahədə yazlıq bitkilər əkiblər. Əkin aparılan sahənin 1488 hektarını yonca, 23 hektarını kartof, 11 hektarını isə tərəvəz sahəsi təşkil edir. Əkinçilər, həmçinin rayonda mövcud olan 4 pambıq emalı müəssisəsi ilə müqavilə bağlayaraq 7 min 754.7 hektar sahədə dondurma şumu aparıb, arata qoyublar. Hazırda əkin sahələri pambıq səpini üçün malalanır. Torpaqda lazımi temperatur yaranan kimi çiyid səpininə başlanılacaq.

Qeyd edək ki, ötən il rayonda 7 min 492.3 hektar sahədə pambıq əkilib və 19 min 715.8 ton məhsul yığılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.