REGİONLAR


İmişlidə saxlanılan arı ailəsinə görə arıçılara 20 min manatdan çox subsidiya ödənilib

İmişli, 3 dekabr, Mahir Babayev, AZƏRTAC

İmişlidə arıçılığın inkişafına xüsusi diqqət yetirildiyindən rayonda arı ailələrinin sayı ilbəil artır, məhsul istehsalı çoxalır. Arıçılıq gəlirli sahə olduğundan təsərrüfatın bu sahəsi ilə məşğul olan fermerlərin də sayı get-gedə çoxalır.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, dövlətin arıçılığın inkişafına göstərdiyi hərtərəfli dəstək və hər arı ailəsinə görə verilən 10 manat əlavə subsidiya rayonda arı ailəsinin artırılmasına və məhsul istehsalının çoxalmasına müsbət təsir göstərir. Hazırda rayonda mövcud olan 108 arıçılıq təsərrüfatında 2 min 35 arı ailəsi saxlanılır ki, cari ildə bu arı ailələrinin hər birindən 15 kiloqram olmaqla 30 ton 525 kiloqram məhsul götürülüb. Saxlanılan arı ailəsinə görə arıçılara 11 min 800 manat subsidiya ödənilib. Məhsul istehsalında rayonun Şaverdili, Sərxanlı, Cəpərli və Göbəktala kəndlərində fəaliyyət göstərilən təsərrüfat sahibləri xüsusi ilə fərqləniblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.