Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

İmişlidə seminar-müşavirə: “Məzhəbçilik - dini təhlükəsizliyə təhdid kimi”

İmişli, 9 aprel, Mahir Babayev, AZƏRTAC

Aprelin 9-da İmişlidəki Heydər Əliyev Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və İmişli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Məzhəbçilik - dini təhlükəsizliyə təhdid kimi” mövzusunda seminar-müşavirə keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, seminar-müşavirədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və İmişli Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin əməkdaşı, Respublika Prokurorluğu, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidmətinin vəzifəli şəxsləri, İmişli, Beyləqan, Füzuli, Xocavənd və Saatlı rayonlarının icra və hüquq-mühafizə orqanlarının rəsmiləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak edib.

Seminar-müşavirədə əvvəlcə DQİDK-nın sifarişi ilə çəkilmiş, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinə həsr olunmuş “Şəhadət” sənədli filmi nümayiş olunub.

Tədbirdə çıxış edən İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev son illər ölkəmizin bütün bölgələrində olduğu kimi, İmişli rayonunda da dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği istiqamətində görülən işlərdən danışıb, rayonda bütün vətəndaşların özlərinin adət-ənənələrinin və dini ayinlərinin icrası üçün lazımi şəraitin yaradıldığını diqqətə çatdırıb.

Vilyam Hacıyev bildirib ki, Azərbaycanda ulu öndər Heydər Əliyevin siyasəti nəticəsində xalqın keçmişinə, milli adət-ənənələrinə, dininə dövlət səviyyəsində qayğı göstərilir, bu dəyişikliyin fonunda ölkədə etiqad, inanc azadlığı bərqərar olub. V.Hacıyev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdəki dini dözümlülük və tolerantlığın dinə münasibətdə dövlət siyasəti kimi səciyyələndirildiyini vurğulayıb, respublikamızın dinlərarası dialoq və əməkdaşlıq sahəsindəki təcrübəsinin bütün dünyada məqbul bir model kimi yüksək qiymətləndirildiyini söyləyib.

Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov çıxışında bildirib ki, istənilən ölkədə dini radikalizm və ekstremizmin əhatə dairəsinin genişlənməsi ictimai və milli təhlükəsizlik risklərini artıra bilər. Hətta bəzən müəyyən xarici siyasi və dini dairələrin bəzi ölkələrdə fərqli məzhəb mənsubları arasında gərginlik, qarşıdurma yaratmaq cəhdləri həmin ölkələr üçün ictimai təhlükəsizlik baxımından ciddi təhdiddir.

Məzhəbçiliyin yaratdığı fəsadlara toxunan sədr müavini vətənpərvərlik hissi zəif olan insanların yad dini ideologiyaların təsirinə daha tez məruz qaldıqlarını və cəmiyyətimiz üçün təhlükəli şəxslərə çevrildiklərini vurğulayıb. Vətənpərvərlik hissinin gücləndirilməsində milli-mənəvi dəyərlərin özünəməxsus rolu olduğunu deyən S.Heydərov qeyd edib ki, indiki dövrdə vətənpərvərlik hissinin yüksəlməsinə böyük ehtiyac var. O, Dövlət Komitəsinin dini maarifləndirmə istiqamətində həyata keçirdiyi tədbirlərdə dini fanatizm, dini radikalizm və dini ekstremizm meyillərinə qarşı mübarizə ilə yanaşı, ölkəmizdə vətənpərvər və sağlam düşüncəli gənclər yetişdirmək, onları Vətənə hədsiz məhəbbət, xalqının tarixinə, mədəniyyətinə və milli mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə edilməsinə xüsusi önəm verildiyini deyib.

DQİDK-nın sifarişi əsasında vətənpərvərlik mövzusunda çəkilən “Şəhadət” sənədli filmi barədə də danışan sədr müavini bildirib ki, filmdə şücaətləri nümayiş etdirilən hərbçilərimizin qəhrəmanlıqları və fədakarlıqları gənclərimiz üçün bir nümunədir. S.Heydərov diqqətə çatdırıb ki, filmdə bəhs edilən Aprel döyüşləri ölkəmizdə həmrəyliyi, birliyi və vətənpərvərliyi daha da gücləndirib. Hərb tariximizə şanlı hərflərlə yazılan, bu yaxınlarda 3-cü ildönümünü qeyd etdiyimiz Aprel döyüşlərindən sonra ordumuzun uğurları Azərbaycanın qüdrətini bir daha bütün dünyaya sübut edib.

Sədr müavini əlavə edib ki, dünyada qlobal təhlükəsizliklə bağlı çox ciddi narahatlıqların yaşandığı, terrorizmin, ekstremizmin və radikalizmin bəşəriyyəti daim təhdid altında saxladığı, həmçinin təcavüzkar Ermənistanın işğal etdiyi ərazilərdə hərbi təxribatlara ara vermədiyi bir şəraitdə Azərbaycanın daxili sabitliyinin qorunub saxlanması, cəmiyyətimizdə multikultural, tolerant ənənələrin və həmrəyliyin möhkəmlənməsi, bütün sahələrdə sabit, ahəngdar inkişafın təmin olunması böyük nailiyyətdir.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin əməkdaşı Pənah Cahangirov çıxışında ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsi, dini sahədə sabitliyə nail olunması istiqamətində görülən işlərdən danışaraq, konfessiyalar arasında dözümlülük mühitinin dövlət səviyyəsində qorunub saxlanılmasının Ümummilli Liderin adı ilə bağlı olduğunu bildirib. O, bu nümunəvi siyasətin onun layiqli siyasi varisi Prezident İlham Əliyev tərəfindən uğurla aparıldığını diqqətə çatdırıb, ölkəmizdə azərbaycançılıq məfkurəsinin, milli-mənəvi, dini dəyərlərin, tolerantlıq siyasətimizin təbliği və daha da möhkəmləndirilməsinin, bu mühitin qorunub saxlanılmasının həyata keçirilən din siyasətinin mühüm istiqamətlərini təşkil etdiyini vurğulayıb.

Sonra çıxış edən Respublika Prokurorluğunun nümayəndəsi İldırım Vəliyev və Daxili İşlər Nazirliyinin məsul əməkdaşı Oqtay Tağıyev dini radikalizm və onun fəsadları, eləcə də hüquqi müstəvidə aparılan mübarizə metodologiyası haqqında geniş məlumat veriblər. Eyni zamanda, ölkədə hər bir vətəndaşın dini etiqad azadlığının təmin olunduğu, bununla yanaşı, yaradılmış etiqad azadlığından digər məqsədlər üçün istifadənin yolverilməzliyi diqqətə çatdırılıb.

Seminar-müşavirə müzakirələrlə davam edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Koronavirus infeksiyasının müalicəsi üçün yeni molekul yaradılıb

Bərənin Neapol limanının körpüsünə çırpılması nəticəsində 30-a yaxın insan yaralanıb

Çexiyanın dövlət borcu 136 milyard dollara yüksəlib

ABŞ İsrailə 1 milyard dollarlıq mərmi tədarükü imkanını araşdırır

G7 ölkələri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcəklər

Haiti Fransadan milyardlarla ölçülən təzminat tələb edir

Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

Stoltenberq: NATO-nun müdafiə nazirləri Ukraynaya daha çox hərbi dəstək verməyə razılaşıblar

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb

Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin danışıqlar müddətində hərbi əməliyyatlara ara verməyəcək

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı