CƏMİYYƏT


İmişlidə soyğunçuluq edən iki nəfər tutulub

Bakı, 23 iyul, AZƏRTAC

İyulun 22-də saat 1 radələrində İmişli rayonunun Şahverdili kəndi ərazisində naməlum şəxslər Goranboy rayon sakini R.Məmmədova zor tətbiq edib 54 manatını, mobil telefonunu, gümüş boyunbağını və yaddaş kartını ondan alıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, soyğunçuluğu törətməkdə şübhəli bilinən rayon sakinləri S.Hüseynov və əvvəllər məhkum olunmuş A.İbrahimbəyli saxlanılıblar.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.