REGİONLAR


İmişlidə taxıl sahələrinin hər hektarından orta hesabla 39,9 sentner məhsul götürülür

İmişli, 20 iyun, Mahir Babayev, AZƏRTAC

İmişlinin fərdi fermer təsərrüfatlarında taxıl biçini sürətlə davam edir. İndiyədək 12 min 122 hektar sahədə biçin aparılıb və 48 min 370 ton məhsul yığılıb. Hər hektarın məhsuldarlığı orta hesabla 39,9 sentner olur.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, 2019-cu ilin payızında rayonda 17 min 151,8 hektar sahədə taxıl əkilib. Bunun 7 min 62 hektarı arpa, 10 min 89,8 hektarı isə buğdadır. Ötən təsərrüfat ilində hər hektar taxıl sahəsindən 36,7 sentner məhsul götürən torpaq mülkiyyətçiləri cari ildə bu nəticəni daha da artırmaq üçün sahələrə nümunəvi qulluq göstəriblər. Bunun nəticəsində də taxıl sahələrində bol məhsul yetişib.

Xeyli vaxtdır ki, zəmilərdə yetişmiş məhsulun yığımına başlanılıb. Kampaniyanı vaxtında başa çatdırmaq üçün bütün qüvvələr səfərbər olunub, əsas diqqət məhsulun itkisiz yığılmasına yönəlib. Bu məqsədlə sahələrə 40 kombayn çıxarılıb, məhsulun daşınması və digər işlərin həlli üçün 150-dən çox maşın və mexanizm işə cəlb olunub. Mütəxəssislərin fikrincə, bu il sahələrdən təxminən 75 min tondan çox məhsul götürmək mümkün olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.