REGİONLAR


İmişlidə tədarük olunan pambığın 19 min tondan çoxu maşınlarla yığılıb

İmişli, 20 noyabr, Mahir Babayev, AZƏRTAC 

İmişlidə pambıq yığımı davam edir. Məhsul toplanışına mütəşəkkil başlayan “ağ qızıl” ustaları indiyədək sahələrdən 19 min 374 tondan çox məhsul toplayıblar. Hər gün plantasiyalardan 110-115 tondan çox pambıq toplanaraq qəbul məntəqələrinə göndərilir. Tədarük olunan məhsulun 85-90 faizi birinci növ kimi qəbul olunub.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, bu il rayonda 7 min 923.8 hektar sahədə pambıq əkilib. Ötən il sahələrdən 19 min 703 tondan çox məhsul toplayan fermerlər cari təsərrüfat ilində də sahələrdən daha çox məhsul götürmək üçün bütün imkanlardan səmərəli istifadə edirlər. Rayonda pambıq əkini üçün əlverişli şərait olduğundan və torpaq mülkiyyətçiləri tərəfindən bitkiyə aqrotexniki qaydada qulluq göstərildiyindən bu il tarlalarda məhsul boldur. Artıq rayonda kütləvi pambıq yığımına başlanılıb. Məhsul yığımı həm əl, həm də maşınlarla aparılır. Hazırda sahələrdə 33 pambıqyığan kombayn işləyir və indiyədək bu maşınlarla 19 min 849 tondan çox məhsul toplanıb.

Çaxırlı kənd sakini, təcrübəli pambıqçı Cabir Vəliyev rayonda ən yüksək məhsuldarlığa nail olan fermerlərdəndir. O, ötən il becərdiyi pambıq sahəsinin hər hektarından 55 sentner məhsul götürüb. Fermerin sahəsində bu ildə pambıq çoxdur.

“Rayon üzrə ən yüksək məhsuldarlığa nail olan fermerlər sırasındayam. Bu il 12.6 hektar sahədə pambıq becərmişəm. Bitkini aqrotexniki qaydada becərdiyimdən sahəmdə bol məhsul yetişib. İndiyədək sahədən 74 tondan çox pambıq yığmışam. Hər hektarın məhsuldarlığı 58 sentner olub”, - deyə fermer bildirib.

Qeyd edək ki, bu il imişlili pambıqçılar sahələrdən 23 min ton pambıq yığmağı qarşıya məqsəd qoyublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.