REGİONLAR


İmişlidə tərəvəz sahələrinin hər hektarından 126 sentner məhsul götürülür

İmişli, 13 noyabr, Mahir Babayev, AZƏRTAC

İmişlili fermerlər cari ilin məhsulu üçün erkən yazda 164 hektardan çox sahədə tərəvəz əkiblər. Məhsul istehsalçıları bitkiyə yaxşı qulluq etdiklərindən sahələrdə məhsul bol olub.

Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, bu mövsüm imişlili əkinçilər 164.4 hektar sahədə tərəvəz becəriblər. Torpaq mülkiyyətçilərinin gərgin zəhməti sayəsində sahələrdən bol məhsul yetişib. Xeyli vaxtdır ki, sahələrdə yetişmiş məhsulun yığımı aparılır və bu günədək 2 min 71.9 ton tərəvəz tədarük edilib. Hər hektarın məhsuldarlığı 126 sentner olub. Yığılan məhsulun 430.6 tonunu xiyar, 7 min 51.1 tonunu pomidor, 91.5 tonunu badımcan, 145.3 tonunu soğan, 101.1 tonunu sarımsaq, 126.9 tonunu kələm, 16.9 tonunu bibər, 39.6 tonunu yerkökü, 67.6 tonunu süfrə çuğunduru ,3 min 391.8 tonunu şəkər çuğunduru, 241.5 tonunu isə sair tərəvəz təşkil edib.

Rayonda tərəvəz yığımı davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.