REGİONLAR


İmişlidə tərəvəz sahələrinin hər hektarından 143 sentnerdən çox məhsul götürülür

İmişli, 3 iyul, Mahir Babayev, AZƏRTAC

İmişlili fermerlər cari ilin məhsulu üçün erkən yazda 164 hektar sahədə tərəvəz əkiblər. Məhsul istehsalçıları bitkiyə yaxşı qulluq etdiklərindən sahələrdə bol məhsul yetişib.

Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, bu mövsüm imişlili əkinçilər 164 hektar sahədə tərəvəz becəriblər. Torpaq mülkiyyətçilərinin gərgin zəhməti sayəsində sahələrdə bol məhsul yetişib. Xeyli vaxtdır ki, sahələrdə yetişmiş məhsulun yığımı aparılır və bu günədək 1225,4 ton tərəvəz tədarük edilib. Hər hektarın məhsuldarlığı 143,6 sentner olub ki, bu da ötən ildəkindən 12,9 ton çoxdur. Yığılmış məhsulun 275,5 tonunu xiyar, 562,6 tonunu pomidor, 18,1 tonunu badımcan, 96 tonunu soğan, 101,1 tonunu sarımsaq, 166 tonunu isə sair tərəvəz təşkil edib. Əkinçilər, həmçinin becərdikləri 114,2 hektar kartof sahəsindən bu günədək 1432,6 ton kartof yığıblar.

Rayonda tərəvəz yığımı sürətlə davam edir. Əkinçilər gün ərzində 25-30 hektar sahənin məhsulunu yığırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.