CƏMİYYƏT
İmişlidə üçüncü zəlzələ oldu [YENİLƏNİB]
İmişlidə 4,1 bal gücündə üçüncü zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, zəlzələ yerli vaxtla saat 11:51-də Beyləqandan 34 kilometr şimal-şərqdə, İmişli rayonu ərazisində qeydə alınıb. Yeraltı təkanın ocağı 25 kilometr dərinlikdə yerləşib.
Zəlzələ yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.
10:44
İmişlidə 3,9 bal gücündə növbəti zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, zəlzələ yerli vaxtla saat 08:49-da İmişli rayonu ərazisində qeydə alınıb. Yeraltı təkanın ocağı 22 kilometr dərinlikdə yerləşib.
10:34
Bakı, 1 avqust, AZƏRTAC
Avqustun 1-də İmişlidə 5,6 bal gücündə zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, zəlzələ yerli vaxtla saat 08:46-da Beyləqandan 34 kilometr şimal-şərqdə, İmişli rayonu ərazisində qeydə alınıb. Zəlzələ ətraf rayonlarda 5 bala kimi hiss olunub.