REGİONLAR
İmişlidə yazlıq bitkilərin əkininə başlanılıb
İmişli, 28 aprel, Mahir Babayev, AZƏRTAC
İmişlidə cari təsərrüfat ilinin məhsulu üçün yazlıq bitki əkininə başlanılıb.
Rayon statistika idarəsinin rəisi Novruz Hüseynov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, əkinə mütəşəkkil başlayan məhsul istehsalçıları qısa müddətdə 2 min 510,4 hektar sahədə yazlıq bitki əkini aparıblar. Əkin aparılan sahənin 2 min 305,7 hektarını yonca, 88 hektarını kartof, 59,7 hektarını tərəvəz, 17 hektarının bostan bitkiləri, 40 hektarını isə şəkər çuğunduru sahəsi təşkil edir. Əkinçilər, həmçinin 5 min 663,4 hektar sahəyə çiyid də səpiblər.
Qeyd edək ki, ötən il rayonda 7 min 923,4 hektar sahədə pambıq əkilib və 23 min 773,4 ton məhsul yığılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]