REGİONLAR


İmişlidən İkinci Dünya müharibəsinə yollananlardan 23-ü könüllü qadın olub

İmişli, 9 may, Mahir Babayev, AZƏRTAC

Faşizm üzərində Qələbənin 74-cü ildönümü İmişli rayonunda da təntənəli şəkildə qeyd olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ümumrayon tədbirinin iştirakçıları 1941-1945-ci illər müharibəsində həlak olanların xatirəsinə ucaldılan abidə-kompleksini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Mərasimdə çıxış edənlər bildiriblər ki, Böyük Vətən müharibəsi illərində İmişli rayonundan 23-ü könüllü qadın olmaqla, 4 min 546 nəfər cəbhəyə yollanıb. Onlardan 2657 nəfəri müxtəlif əlillik dərəcəsi alaraq geri dönüb. Hazırda rayonda 4 müharibə veteranı yaşayır ki, onlar da dövlətin hərtərəfli qayğısı ilə əhatə olunublar. Qeyd edilib ki, o ağır illərdə azərbaycanlılar müxtəlif qoşun növlərində xidmət etməklə öz vəzifə borclarını şərəflə yerinə yetirib, düşmənə layiqli cavab veriblər. Həmçinin vurğulanıb ki, hər bir müharibə veteranının döyüş təcrübəsi, onların keşməkeşli həyat yolu gənclərimizə örnək olmalıdır.

Dövlətimizin başçısı tərəfindən təqaüdlərinin artırılmasını minnətdarlıq hissi ilə qarşılayan veteranlar onlara göstərilən diqqət və qayğıya görə Prezidentimizə təşəkkür ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.