REGİONLAR


İmişlinin Mürsəlli kəndinə təbii qazın verilişi dayandırılıb

Bakı, 8 iyun, AZƏRTAC

İyunun 7-də axşam saatlarında İmişli rayonunun Mürsəlli kəndi ərazisində “Ford” markalı avtomobil qəza törədib. Nəticədə 108 millimetr diametrində olan yerüstü qaz xətti zədələnib. Bu səbəbdən kəndə qaz verilişi dayandırılıb. Qaz təchizatının bərpası üçün müvafiq tapşırıqlar verilib.

Bu barədə AZƏRTAC-a “Azəriqaz” İstehsalat Birliyindən bildirilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.