REGİONLAR


İmişlinin Qızılkənd tam orta məktəbinin binasında aparılan tikinti işləri yeni dərs ilinədək yekunlaşacaq

İmişli, 10 aprel, Mahir Babayev, AZƏRTAC

Dövlətimizin başçısının Sərəncamı ilə ayrılan vəsait hesabına İmişlidə Qızılkənd kənd tam orta məktəbi üçün tikilən 624 şagird yerlik məktəb binasında inşaat işlərinin 65 faizi görülüb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Təhsil Nazirliyinin sifarişi ilə tikilən üçmərtəbəli binanın inşasına ötən ilin noyabrında başlanılıb. Artıq binada hörgü işləri yekunlaşıb. Hazırda binanın üçüncü mərtəbəsi tikilir, daxildə suvaq işləri görülür, elektrik və kommunikasiya xətləri çəkilir, qapı və pəncərələrin quraşdırılmasına və dam örtüyünün vurulmasına hazırlıq görülür. Məktəb binasında 24 sinif otağı olacaq. Təhsil ocağı müasir istilik sistemi ilə təchiz ediləcək, fənn kabinetləri, yeməkxana, kompüter otaqları, idman və akt zalları fəaliyyət göstərəcək.

Binanın tikintisi yeni dərs ilinədək başa çatdırılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.