MƏDƏNİYYƏT
“İmperator hamamları”nın yeni həyatı
Praqa, 16 dekabr, AZƏRTAC
Karlovı Varıda məşhur “İmperator hamamları” yenidən qurulur.
AZƏRTAC xəbər verir ki, işlər bu istirahət günləri başlayıb.
“İmperator hamamları” kompleksi Çexiyanın dövlət tərəfindən qorunan milli mədəniyyət abidəsidir. Karlovı Varıda olanlar “Pupp” Qrand otelini çox yaxşı tanıyırlar və bu otelin qarşısında yerləşən kafedə heç olmazsa bir dəfə açıq səma altında çay və ya qəhvə içiblər, yaxud dondurma yeyiblər. Bax həmin kafe “İmperator hamamları”nın böyründə yerləşir.
Bildirilir ki, yenidənqurma xəzinəyə təqribən 33 milyon avroya başa gələcək.
Gözlənildiyinə görə, bərpa işlərindən sonra burada bir neçə muzey ekspozisiyası, kafe, kitabxana açılacaq, daxili həyətdə əlavə bina inşa ediləcək və burada Karlovı Varı Simfonik Orkestrinin konsert zalı yerləşəcək.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [22:16]
Milli İncəsənət Muzeyində “Gizli və aşkar” adlı fərdi sərgi açılıb
- 24.04.2024 [21:52]
Bakıda Qırğız Mədəniyyəti Günlərinin açılış mərasimi olub
- 24.04.2024 [18:14]
Xarəzmli Şairə Şəmsin “Gözlərindəki bahar” poetik tablosu
- 24.04.2024 [14:55]
Daşkənddə “Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı olub
- 24.04.2024 [12:46]
Al Paçino və Den Stivens “The Ritual” filmində əsas rolları canlandıracaqlar
- 24.04.2024 [11:59]
Musiqili Teatr özbək yazıçısının komediyasını təqdim edəcək
- 24.04.2024 [11:31]