ELM VƏ TƏHSİL


İmtahan iştirakçıları arasında maksimal bal toplayanların sayı açıqlanıb

Bakı, 11 avqust, AZƏRTAC

11-ci sinif şagirdləri üçün 23-24 iyul 2020-ci il tarixlərində keçirilmiş buraxılış (o cümlədən əvvəlki illərin məzunları üçün qəbul) imtahanlarının nəticələri elan olunub

Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, bu imtahanlarda iştirakı nəzərdə tutulan 20 034 nəfərdən 2 173 nəfər imtahana gəlməyib, 5 nəfər isə tələb olunan qaydaları pozduğu üçün imtahandan xaric olunub.

İmtahan iştirakçıları arasında 2 nəfər – Xırdalan şəhəri, 2 nömrəli tam orta məktəbin cari il məzunu və Lənkəran şəhəri, 10 nömrəli tam orta məktəbin 2019-cu il məzunu maksimal olan 300 bal toplayıb. 23 nəfər isə 297.1 bal toplayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.