REGİONLAR


İmtahanlardan keçən mexanizatorlara sürücülük vəsiqələri təqdim edilib

Bakı, 20 avqust, AZƏRTAC

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) mütəxəssisləri tərəfindən Salyan, İmişli və Beyləqan rayonlarında traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək məqsədilə sürücülük vəsiqəsi almaq istəyən şəxslər üçün imtahan keçirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, qeydiyyata alınmış təhsil müəssisələri və kurslarını bitirib traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək ixtisasına yiyələnən şəxslər nəzəri və təcrübi imtahan veriblər.

Komissiya üzvləri və regional bölmələrin rəhbərləri imtahan prosessini izləyib.

İmtahanlardan müvəffəqiyyətlə keçən şəxslərə “Traktorlar və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün imtahanların qəbulu və sürücülük vəsiqəsinin verilməsi haqqında təlimat”a uyğun sürücülük vəsiqələri təqdim olunub.

Obyektivlik və şəffaflığın təmin edilməsinə nəzarət məqsədi ilə Aqrar Xidmətlər Agentliyinin əməkdaşı Azər Qarayev imtahanlarda iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.