Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

İnam Kərimov: “ASAN xidmət”ə indiyədək 10 milyon müraciət daxil olub VİDEO

Bakı, 2 iyun, Əsəd Məmmədov, AZƏRTAC

İyunun 2-də Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramının “Demokratiya, qabaqcıl idarəçilik və sabitlik” üzrə birinci platformasının “Dövlət islahatları paneli”nin X iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə panelin fəaliyyət istiqamətləri üzrə Şərq Tərəfdaşlığı ölkələrində görülmüş işlər, dövlət idarəetməsi, dövlət xidmətlərinin göstərilməsi, elektron hökumət və məlumatların mühafizəsi, dövlət qulluğu, yerli və regional idarəçilik kimi məsələlər müzakirə olunub.

İclasin sədri, Şərq Tərəfdaşlığı proqramının rəhbərinin müavini Nils Canson deyib ki, Bakıda keçirilən X iclas böyük əhəmiyyət kəsb edir. Bu tədbir gələcək işlərin planlaşdırılması baxımından yaxşı fürsətdir, həmçinin nailiyyətlərimiz barədə danışmaq üçün əla imkandır. Tədbirdə müzakirə olunacaq bütün mövzular Şərq Tərəfdaşlığı proqramı üçün çox önəmlidir.

Vurğulanıb ki, Avropa tərəfdaşlığında dövlət idarəçiliyində islahatlara böyük önəm verilir. Dövlət idarəçiliyində islahatlar hər zaman bizim üçün prioritet məsələlərdən olmalıdır. Şərq Tərəfdaşlığı ilə bağlı keçirilən bütün tədbirlərdə bu, vurğulanır.

İclasda çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov effektiv, şəffaf dövlət idarəçiliyində islahatların aparılmasının önəmli olduğunu qeyd edib. Bildirib ki, qarşısına inkişafı məqsəd qoyan hər bir dövlət üçün bu, xüsusi əhəmiyyət daşımalıdır. İslahatlar ilk növbədə xalqın, vətəndaşların maraqları nəzərə alınmaqla həyata keçirilməlidir. Həmçinin bu işdə müvafiq dövlət orqanları ilə özəl sektorun da əməkdaşlığı tələb olunur. Bir neçə il bundan əvvəl Azərbaycan Hökuməti də bu məqsədləri müəyyənləşdirdi və Prezident İlham Əliyev tərəfindən dövlət idarəçiliyi sahəsində islahatlar kampaniyası başladıldı. “ASAN xidmət”in fəaliyyətə başlaması da bu islahatların bir hissəsini təşkil edirdi. Azərbaycan hökuməti vətəndaşlara göstərilən xidmətləri təkmilləşdirməyə çalışır. Bunun üçün də innovasiyalardan və müasir texnologiyaların imkanlarından yararlanmağa başlanıldı.

İnam Kərimov vurğulayıb ki, hazırda “ASAN xidmət” mərkəzlərində müxtəlif xidmətlər vətəndaşlara daha rahat və əlverişli şəkildə təqdim olunur. Bu xidmətlər müxtəlif sahələri əhatə edir. Bu günədək “ASAN xidmət”ə 10 milyon müraciət daxil olub. Xidmətlərdən məmnuniyyətlik dərəcəsi 97 faizdir. “ASAN xidmət” 10 dövlət orqanını və 25-dən çox özəl şirkəti əhatə edir. “ASAN xidmət”də 250-yə yaxın xidmət təklif olunur. Agentliyin sədri “ASAN xidməti”ın vətəndaşlara təqdim etdiyi müxtəlif xidmətlər barədə də məlumat verib.

Diqqətə çatdırılıb ki, “ASAN xidmət” tərəfindən, eyni zamanda, müxtəlif sahələrdə, o cümlədən sosial, mədəni, ekologiya sahələrində bir sıra layihələr də reallaşdırılır.

Xarici İşlər Nazirliyinin nümayəndəsi Gündüz Cəfərov bildirib ki, bu cür iclasların keçirilməsi, müzakirələrin aparılması qarşıya qoyulan məqsədlərə çatmaq işinə öz töhfəsini verəcək. Şərq Tərəfdaşlığı proqramının iştirakçısı kimi Azərbaycan müxtəlif mexanizmlər vasitəsilə bu istiqamətdə fəaliyyətini uğurla həyata keçirir. Bu proqram dövlətlər arasında müxtəlif sahələr üzrə əməkdaşlığa da geniş imkanlar yaradır. Həmçinin müxtəlif platformalarda keçirilən iclaslar da bu əməkdaşlıqların genişlənməsinə xidmət edir. Azərbaycan dövlət idarəçiliyinin modernləşməsinə xüsusi diqqət yetirir. Dövlət idarəçiliyində islahatların aparılması işində Azərbaycan yaxşı nəticələrə nail olub. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin yaradılması ölkəmizin bu sahəyə verdiyi önəmin göstəricisidir. Azərbaycanın yaratdığı bu model dövlət idarəçiliyində islahatlar sahəsində dünyaya, eləcə də Avropa İttifaqı ölkələrinə bir nümunə kimi göstərilə bilər.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard bu iclasın ən müasir təcrübələrin mübadiləsi üçün yaxşı platforma olduğunu deyib. Qeyd edib ki, bu birlikdə fəaliyyət göstərməklə inkişaf üçün çox gözəl imkandır. Dövlət idarəçiliyində islahatların aparılması da bu inkişafa nail olmaq yolunda ən vacib addımlardandır. Bu islahatların aparılması Avropa İttifaqı və onunla tərəfdaş olan ölkələrin inkişafını, rifahını və stabilliyini təmin edəcək.

“Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi “ASAN xidmət”in fəaliyyətini diqqətlə izləyir. Biz də müxtəlif sahələrdə “ASAN xidmət”lə əməkdaşlıq edirik”, - deyə M.Mard bildirib. O qeyd edib ki, demokratik institutların qurulması üçün dövlət idarəçiliyində islahatların aparılması da çox önəmlidir.

İclasda digər çıxış edənlər də dövlət idarəçiliyi islahatlarının demokratik dövlət quruculuğundakı önəmindən bəhs edib, müxtəlif ölkələrin müvafiq istiqamətdəki təcrübələrini bölüşüblər.

Tədbir işini sessiya, təqdimatlar və müzakirələrlə davam etdirib.

İnam Kərimov: “ASAN xidmət”ə indiyədək 10 milyon müraciət daxil olub VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ömür boyu eyni yerdə işlədi, İkinci Dünya müharibəsindən sonra Türkiyəyə yollanmış atasını tapdı... Vəfalı oldu

Kukla Teatrında növbəti xeyriyyə aksiyası

Almaniyada kimlər daha çox pensiya alır?

Aqrar sığorta eksperti təlimi üçün müraciət müddəti uzadılıb

Havada toz müşahidə olunur

Mart soyqırımı amansızlığına və miqyasına görə bəşər tarixində ən qanlı faciələrdəndir RƏY

Qəsdən adam öldürməyə cəhd faktı ilə bağlı cinayət işi məhkəməyə göndərilib

Pasxa ərəfəsində Fransada təhlükəsizlik tədbirləri gücləndirilir

Ceyhun Kərəmov: Böyük Qayıdış regionda peşə təhsili sistemi üçün də yeni imkanlar açır - YENİLƏNİB

Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcək

İsveçrənin hidrogen qatarı rekord vurub

“Meta” səsimizi dinləyirmi? Şirkətin London ofisində çalışan azərbaycanlı ilə MÜSAHİBƏ

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2016-cı il 7 sentyabr tarixli 1617050000011400 nömrəli Qərarı ilə təsdiq edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2015-ci il 19 may tarixli 1517050000003100 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Bu ilin fevralında Türkiyənin ticarət balansının kəsiri azalıb

Tədqiqat: Təbii və süni dadlandırıcılar qanda şəkəri azaldır

Bakıda informasiya texnologiyaları və onların tətbiqi üzrə 2-ci beynəlxalq konfrans keçiriləcək

Laçındakı Aqrosənaye parkında 46 müəssisə fəaliyyət göstərəcək

Qulu Ağsəsin “Görsən üşüyürsən...” adlı şeirlər kitabı çap olunub

Moskvada MDB İqtisadi Şurasının iclası keçirilib

Türkiyədə ABŞ nümayəndə heyəti ilə Ukrayna müharibəsi və terrorizmlə mübarizə məsələləri müzakirə ediləcək

Argentina millisinin futbolçusunu hədələyən cinayətkarlar saxlanılıb

Yaz mövsümü və allergik xəstəliklər

Azərbaycan Premyer Liqasında daha 2 turun cədvəli məlum olub

Deputat: Mart soyqırımları bəşər tarixində ən qanlı faciələrdəndir

Əmək və əhalinin sosial müdafiəsi naziri Neftçalada vətəndaşları qəbul edib

Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək

Barselonada ekstremal quraqlıq hökm sürür

“Uğurlarımın arxasında duran ən böyük səbəb budur” – peşə məktəbi məzununun UĞUR HEKAYƏSİ

Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunlarının proqramı açıqlanıb

Fransa dövləti və Daxili Təhlükəsizlik Baş İdarəsi məhbusu necə manipulyasiya edib?

Salyan sakinindən külli miqdarda heroin götürülüb

ABŞ-ın Ukraynaya yardımının ümumi məbləği 113 milyard dolları keçib

Sabah ölkə ərazisində hava şəraiti dəyişkən buludlu olacaq

“60 çiçək – bir çələng” adlı Zəfər almanaxı işıq üzü görüb

Baş katib: Azərbaycan basketbolunda yeni tarix yazmaq istəyirik

Ən varlı amerikalıların 1 faizinin sərvəti 44,6 trilyon dollara yüksəlib

Milli Kitabxanada 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir təşkil olunub

Kembricdə şahzadə Filippin heykəlini demontaj edəcəklər

BDU-da Günəş aktivliyinin tədris göstəricilərinə təsiri məsələsi müzakirə olunub

Moskvada MDB İqtisadi Şurasının 101-ci iclası başlayıb

Ölkəyə idxal olunan bir sıra qida məhsullarında uyğunsuzluqlar aşkarlanıb

Səhiyyə Nazirliyi Laçın şəhərində uşaqların kompleks tibbi müayinəsini aparıb və maarifləndirici aksiya təşkil edib

Olimpiya idman növləri üzrə federasiyalar üçün seminar keçirilib

Ramazan bayramı ilə əlaqədar Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatarların hərəkətində dəyişiklik edilir

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ictimai-iaşə obyektlərinin sahiblərinə çağırış edib

Cənubi Koreyada sürət qatarı ilə doğum səviyyəsi arasında maraqlı əlaqə tapıblar

Bakı kəndləri arasında futbol turniri başlayır 

AzMİU-da maarifləndirici seminar - Plastik tullantıların təbiətə zərəri

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Gəncə şəhərində vətəndaşlarla görüşüb

Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb

Kainatın bir çox sirrini açmağa imkan yaradan texnoloji yenilik

Azərbaycan cüdoçuları “Böyük Dəbilqə” turnirinin ilk günündə medal qazana bilməyiblər

Mart soyqırımı - insanlığın faciəsi

Naxçıvandan olan şəhid ailələrinin üzvləri Şuşada

Bakıda keçiriləcək lisenziya turnirinə satılan biletlərin sayı açıqlanıb

Sağlam və düzgün qidalanmanın ən önəmli qaydalarından biri meyvə və tərəvəzləri mövsümündə istehlak etməkdir

NATO İspaniyada üçüncü hərbi-dəniz bazasını yerləşdirir

GUAM ölkələri insan alverinə və qanunsuz miqrasiyaya qarşı mübarizəni gücləndirəcək

Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülüb

Yunanıstanda 6 bal gücündə zəlzələ olub

Vüqar Rəhimzadə: XX əsrdə xalqımız böyük bəlalarla üzləşsə də, sınmadı, güc topladı və məqsədinə nail oldu

Azərbaycanda hansı şəxslərin təhsil haqqı dövlət vəsaiti hesabına ödəniləcək?

Ukraynaya raket hücumu nəticəsində 6 bölgənin enerji infrastrukturuna ziyan dəyib

Sumqayıt Kimya Sənaye Parkında ağacəkmə aksiyası keçirilib

Alimlər fövqəlnovanın ən erkən mərhələlərini qeyd edirlər

Qubada III Aqrobiznesin İnkişafı Forumu keçirilir - YENİLƏNİB

Donald Tusk Ukrayna müharibəsinin uzanacağını güman edir

Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB VİDEO

Azərbaycan Karate Federasiyasında fəxri prezidentlik institutu yaradılır

Dördüncü “Yüksəliş” müsabiqəsinə 14 min nəfərdən çox iştirakçı qeydiyyatdan keçib

Gürcüstanda müsəlman icmasına daha 20 məscid veriləcək

Cəmiyyətin Ermənistan işğalı altında olan kəndlərin azad ediləcəyi ilə bağlı gözləntisi yüksəkdir-SORĞU

Oğuz sakinlərindən nəcib təşəbbüs - yanmış meşə sahələri bərpa edilir FOTO VİDEO

“Heydər Əliyev və Azərbaycan mərasim mədəniyyəti” kitabı çapdan çıxıb

“Hoa Lo” həbsxanası - Fransanın Vyetnamdakı cinayətlərinin şahidi VİDEO

İnzibati Xətalar Məcəlləsinin bir sıra maddələri üzrə cərimələrin məbləği artırılır

“Şahin” hərbi-idman oyununun Şəki rayon turunda 11 komanda mübarizə aparıb

Elektroenergetika və bərpaolunan enerji sahəsində Texniki Komitə yaradılıb

Məktəbəhazırlıq qruplarında, 4-cü və 6-cı siniflərdə şagirdlərin yerdəyişmə prosesi dayandırılacaq

“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib

Müasir imperializm ideyasının sələfi olan Qərb merkantilizmi indi də Ermənistanı “xərcləyir” - ŞƏRH

İKTA operator və provayderlərə radiotezliklərdən səmərəli istifadəni tövsiyə edib

Cinayət-Prosessual Məcəlləyə təklif edilən bir sıra dəyişikliklər təsdiqlənib

Görkəmli ədibin 125 illiyi adını daşıdığı kitabxanada qeyd edilib

Alzheimer xəstəliyi orqan nəqli ilə də yayıla bilər

Hüquqşünas kimi 5 ildən artıq işləyən Azərbaycan vətəndaşları hakim ola biləcəklər

Aprelin 15-dən 19-dək ölkəmizdə quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcək

Ramiz Əskərin yaradıcılığında əski və çağdaş türk abidələrinin tədqiqi və tərcüməsi - seminar

Ermənistanda Vladimir Solovyovun verilişlərinin yayımı dayandırılıb

Kukla Teatrı aprel repertuarını açıqlayıb

“Qarabağ”ın qapıçısı Azərbaycan və Rusiya çempionatlarını müqayisə edib

Yunis Hüseynov: “Qarabağ” bütün oyunlarını uduzsa belə, çempion olacaq

Mülki Prosessual Məcəlləyə dəyişikliklər təsdiqlənib

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edəcək

Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi üzrə komissiyanın iclası keçirilib

Azərbaycanda su təchizatı və kanalizasiya sisteminə qoşulmanın qayda və şərtləri yenilənəcək

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 132-ci kitabı çapdan çıxıb

Bill Qeyts: Süni intellekt gələcəkdə asan tapşırıqları da yerinə yetirə bilməyəcək

İqlim dəyişikliyi saatların bir saniyə itirməsinə səbəb ola bilər