İQTİSADİYYAT


İnam Kərimov: Azərbaycanda aqrar sahəyə böyük dəstək var VİDEO

Bakı, 18 may, AZƏRTAC

Bakıda keçirilən 15-ci Yubiley Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi “Caspian Agro 2022” və 27-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan” sərgilərinə bu illər ərzində maraq çox olub. Sərgidə 24 ölkədən 449 şirkət iştirak edir. Bunun 350-si xarici, qalanı yeri şirkətdir. Bu indiyə qədər təşkil edilmiş ən böyük sərgidir. Həm yerli şirkətlər, həm də xarici şirkətlərin sərgiyə böyük marağını görürük. Əlbəttə ki, bunun səbəbi Azərbaycanda aqrar sahənin inkişaf etməsidir. Bu sahənin çox böyük perspektivi olmasıdır.

AZƏRTAC xəbər verir ki, bu sözləri kənd təsərrüfatı naziri İnam Kərimov jurnalistlərə müsahibəsində söyləyib.

Azərbaycanda kənd təsərrüfatı sahəsinin inkişafına dövlətin böyük dəstək göstərdiyini vurğulayan nazir deyib: “Əsas məqsədimiz burada təqdim olunan yenilikləri göstərməkdir. Ona görə də sərgidə Azərbaycanın bütün rayonlarından gəlmiş fermerlər iştirak edir və onlar texnikaları, toxumları və digər istehsalat vasitələrini təqdim edən şirkətlərlə birbaşa ünsiyyət quraraq işbirliklərini yaradacaqlar.

Sərgidə, eyni zamanda, İsrail və Türkiyənin, o cümlədən Gürcüstanın kənd təsərrüfatı naziri iştirak edib. Bu ölkələr texnika və digər avadanlıqlarını təqdim edirlər. Sərgi çərçivəsində ikitərəfli əməkdaşlıq məsələləri də müzakirə olunacaq”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.