İQTİSADİYYAT


İnam Kərimov: FAO–Azərbaycan Tərəfdaşlıq Proqramı üzrə 5 layihənin icrası həyata keçirilir

Bakı, 22 yanvar, Pərvanə Rəhimova, AZƏRTAC

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) - Azərbaycan Tərəfdaşlıq Proqramı üzrə 5 layihənin icrası həyata keçirilir.

AZƏRTAC xəbər verir ki, bu barədə kənd təsərrüfatı naziri İnam Kərimov deyib.

“Bu gün dayanıqlı inkişaf məqsədlərindən olan ərzaq təhlükəsizliyinin və dayanıqlı kənd təsərrüfatının inkişafının təmin edilməsi istiqamətində Azərbaycan beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. FAO bizim beynəlxalq sahədə əməkdaşlıq etdiyimiz ən mühüm tərəfdaşımızdır. FAO ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən proqram və layihələr ölkədə kənd təsərrüfatı sektorunun modernləşdirilməsi və davamlı inkişafında mühüm töhfələr verib. 1995-2018-ci illərdə Azərbaycanda FAO ilə birlikdə 53-ə yaxın layihə həyata keçirilib, hazırda 6 layihənin icrası davam etdirilir və 4 layihənin isə yaxın müddət ərzində icrasına başlanılması gözlənilir. Layihələr əsasən toxumçuluq, heyvandarlıqda məhsuldarlığın artırılması, damazlıq işinin yaxşılaşdırılması, fitosanitar xidmətlərin gücləndirilməsi, ziyanvericilərə qarşı mübarizənin təkmilləşdirilməsi və digər sahələrin inkişafına yardım edir”, - deyə nazir bildirib.

İ.Kərimovun sözlərinə görə, FAO–Azərbaycan Tərəfdaşlıq Proqramı üzrə 5 layihənin icrası həyata keçirilir. Bunlar “Heyvandarlığın davamlı inkişafı və ərzaq məhsullarının istehsalı üzrə dəyər zəncirinin yaradılması və həyata keçirilməsi”, “Azərbaycanda iribuynuzlu damazlıq heyvanların cins tərkibinin yaxşılaşdırılması və səmərəli yemləmə sistemlərinin yaradılması vasitəsilə iribuynuzlu heyvandarlığın inkişaf etdirilməsi”, “AMAL-Aqrar məşğulluğun artırılması” və “Xəstəliklərdən azad milli kartof toxumçuluğu sisteminin yaradılması” layihələridir. Gələcəkdə bu proqram çərçivəsində fındıqçılıq sektorunun inkişafı istiqamətində layihənin icrası nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.