REGİONLAR


İnam Kərimov: Məqsədimiz pambıq sahələrində məhsuldarlığı yüksəltməkdir VİDEO

Bakı, 27 noyabr, AZƏRTAC

Pambıq yığımının başa çatmasına az qalıb. Bu günə kimi 215 min tondan çox məhsul tədarük edilib. Ötən illə müqayisədə bu il məhsuldarlıq yüksəkdir.

AZƏRTAC xəbər verir ki, bunu Masallıda jurnalistlərə açıqlamasında kənd təsərrüfatı naziri İnam Kərimov deyib.

Nazir qeyd edib ki, bu il pambıq sahələrində orta məhsuldarlıq hələlik 16 sentnerdən çoxdur. Onun sözlərinə görə, cari il 132 min hektarda pambıq əkilmişdisə, gələn il əkin sahəsinin 100 min hektar olması planlaşdırılır: “Burada məqsəd daha çox məhsuldarlıq əldə edilməsidir. Çünki kiçik torpaq sahələrində məhsuldarlıq əldə etmək mümkün deyil. Bu sahədə qabaqcıl təcrübəsi olan ölkələrin nümayəndələri ilə model təsərrüfatların yaradılması üzərində də iş aparılır”.

İnam Kərimov vurğulayıb ki, torpaqlardan səmərəli istifadə edilməsi, ixtisaslaşma aparılması, kiçik sahədən daha çox məhsul götürülməsi əsas hədəflərdəndir. “Əlbəttə ki, burada ən vacib şərtlərdən biri koorperativlərin yaradılmasıdır. Birinci koorperativ Sabirabad rayonunda təşkil olundu. Növbəti mərhələlərdə koorperativləşmə işi sürətləndiriləcək. Çünki kiçik torpaq sahələrində məhsuldarlıq az olur. Məqsədimiz Prezident İlham Əliyevin tapşırdığı kimi, məhsuldarlığı artırmaqdır”, - deyə kənd təsərrüfatı naziri bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.