MƏDƏNİYYƏT


İncəsənət məktəbində “Səhnəyə ilk addım” adlı konsert təşkil edilib

Bakı, 11 mart, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 5 nömrəli uşaq incəsənət məktəbində 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Səhnəyə ilk addım” adlı konsert keçirilib.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, əvvəlcə iştirakçılar incəsənət şöbəsinin rəsm ixtisası üzrə şagirdlərinin hazırladıqları sərgi ilə tanış olublar.

Konsertdə məktəbdə təhsil alan fortepiano, xalq çalğı və nəfəsli alətlər şöbəsinin şagirdləri Azərbaycan və xarici bəstəkarların əsərlərini, həmçinin “Qaytağı” rəqsini ifa ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.