MƏDƏNİYYƏT


İncəsənət məktəbinin şagirdləri Qara Qarayevin ev-muzeyində olublar

Bakı, 12 fevral, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Fikrət Əmirov adına 6 nömrəli 11 illik İncəsənət Məktəbi Xalq artisti Qara Qarayevin anadan olmasının 101-ci ildönümü münasibətilə bəstəkarın adını daşıyan muzeydə tədbir keçirib.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, əvvəlcə muzeyin əməkdaşı şagirdləri ev-muzeyi ilə tanış edərək bəstəkarın həyatı və zəngin yaradıcılığı haqqında məlumat verib.

Muzeyin direktoru, bəstəkarın qızı Züleyxa Qarayeva və Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyinin direktoru, Əməkdar mədəniyyət xadimi Alla Bayramovanın tərtib etdiyi maraqlı viktorinada məktəbin şagirdləri fəal iştirak edərək dahi bəstəkarın musiqi fəaliyyəti ilə bağlı suallara cavab veriblər.

Sonra şagirdlərin ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.