MƏDƏNİYYƏT


İncəsənət ustaları Neft Daşlarında konsert proqramı ilə çıxış ediblər

Bakı, 21 sentyabr, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, Yeni Azərbaycan Partiyası Pirallahı və Binəqədi rayon təşkilatlarının birgə təşkilatçılığı ilə Neft Daşları qəsəbəsində 20 sentyabr - Neftçilər Günü və “Əsrin müqaviləsi”nin 25 illiyi ilə əlaqədar bayram tədbiri keçirilib.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin büstü və qəhrəmancasına həlak olmuş neftçilərin xatirə-kompleksi önünə gül dəstələri qoyublar.

Dövlət himni səsləndikdən sonra tədbir iştirakçıları “Əsrin müqaviləsi”nə həsr olunmuş videoçarxı izləyiblər.

Bayram tədbirinin rəsmi hissəsində Azərbaycanda neftçıxarmanın tarixində yeni mərhələ olan, 1994-cü il sentyabrın 20-də dünyanın 8 ölkəsini təmsil edən 13 iri neft şirkəti ilə imzalanan “Əsrin müqaviləsi”nin ölkəmizin ictimai-siyasi həyatında rolundan danışılıb.

Neftçilər Günü və “Əsrin müqaviləsi”nin imzalanmasının 25 illiyinə həsr edilən tədbir bədii hissə ilə davam edib. Azərbaycanın tanınmış incəsənət ustaları gözəl ifaları və rəqsləri ilə neftçilərin peşə bayramını təbrik ediblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.