DÜNYA


İndiana ştatında baş vermiş yanğında 6 nəfər həlak olub

Vaşinqton, 29 noyabr, AZƏRTAC

Birləşmiş Ştatların İndiana ştatındakı Loqansport şəhərinin yaxınlığındakı Kass Kounti qəsəbəsində yaşayış evlərindən birində yanğın baş verib.

AZƏRTAC xəbər verir ki, yanğın nəticəsində altı nəfər, o cümlədən dörd uşaq həlak olub. Yerli KİV-lərin məlumatına görə, yanğın gecə saatlarında başlayıb və yanğınsöndürənlərin hadisə yerinə gəldiyi zaman evin 80 faizi külə dönüb. Şəhər polisi bildirib ki, yanğınsöndürənlər yalnız iki nəfəri xilas edə biliblər. Xəstəxanaya çatdırılan ana və oğul ağır dərəcəli yanıq xəsarətləri ilə müalicə olunurlar. Həlak olan uşaqlar isə 2 aydan 10 ilədək yaşda olublar.

Hüquq-mühafizə orqanları yanğın hadisəsi ilə bağlı təhqiqat aparırlar.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.