CƏMİYYƏT


İndira Hacıyeva: Könüllü olmağın ən gözəl nəticəsi odur ki, gənclər həm sosiallaşır, həm də onların kommunikasiya imkanları artır

Bakı, 5 dekabr, Elmir Səftərov, AZƏRTAC

Azərbaycan Könüllülərinin IV Həmrəylik Forumu adından da göründüyü kimi, ölkədə böyük könüllülük hərəkatının bir rəmzidir.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Könüllülərinin IV Həmrəylik Forumunda jurnalistlərə müsahibəsində gənclər və idman nazirinin müavini İndira Hacıyeva bildirib.

Könüllülüyün əhəmiyyətindən bəhs edən nazir müavini deyib: “Bildiyiniz kimi, demək olar bütün dövlət qurumları Prezident İlham Əliyevin çağırışına cavab olaraq öz nəzdində könüllülük qrupları yaradıb. Könüllü olmağın ən gözəl nəticəsi odur ki, gənclər həm sosiallaşır, həm də onların kommunikasiya imkanları artır. Həmçinin könüllülük gənclərin bilik və bacarıqlarını reallaşdırmaq üçün yeni fürsətlər yaradır. Burada aqrar, sosial məsələləri, yüksək texnologiyaları, böyük layihələri, idman könüllülüyünü nümunə göstərə bilərik. Gənclər bu sahələrdə təcrübə qazanaraq sabahın mütəxəssisləri kimi cəmiyyətdə daha yaxşı nəticələr əldə edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.