İQTİSADİYYAT
İndiyədək 346 sahibkara 407 investisiya təşviqi sənədi verilib
Bakı, 21 oktyabr, AZƏRTAC
Bu vaxtadək 346 sahibkara investisiya dəyəri 3,9 milyard manatadək olan layihələr üzrə 407 investisiya təşviqi sənədi və bu investisiya təşviqi sənədləri əsasında 2940 təsdiqedici sənəd verilib.
AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Şahin Mustafayev deyib.
“Layihələrin 59 faizi sənaye, 40 faizi kənd təsərrüfatı, 1 faizi isə turizm sahələrini əhatə edir. Bu layihələrin icrası nəticəsində 27 mindən çox iş yerinin açılacağı gözlənilir. Artıq 245 sahibkarlıq subyekti üzrə 270 layihə fəaliyyətə başlayıb və 19 minədək iş yeri açılıb. Bu ilin 9 ayında isə sahibkarlara investisiya dəyəri 807,6 milyon manat olan layihələr üzrə 75 investisiya təşviqi sənədi verilib, texnika, texnoloji avadanlıq və qurğuların idxalı üçün ümumilikdə 730 təsdiqedici sənəd təqdim edilib”, - deyə nazir diqqətə çatdırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [15:31]
Azərbaycan-Macarıstan enerji İşçi qrupunun iclası keçirilib
- 24.04.2024 [13:07]
® “STP Şirkətlər Qrupu” ağacəkmə aksiyası keçirib
- 24.04.2024 [12:01]