ELM VƏ TƏHSİL
İndiyədək 39 min abituriyent ixtisas seçib
Bakı, 9 avqust, AZƏRTAC
Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə bütün qruplar üzrə müsabiqə şərtini ödəmiş abituriyentlər üçün ixtisas seçimi davam edir.
AZƏRTAC-a xəbər verir ki, avqustun 9-da saat 11:00-a olan məlumata əsasən, 39 min abituriyent bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə elektron ixtisas seçimi edib. Onlardan 35 min 425-i Azərbaycan, 3 min 575-i isə rus bölmələrində təhsil alacaq abituriyentlərdir. Bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə elektron ixtisas seçimi ərizələrinin sayı birinci ixtisas qrupu üzrə daha çox müşahidə olunub. Beləliklə, artıq 13 min 713 abituriyent birinci qrup üzrə ixtisasını seçib.
İxtisas seçimi avqustun 10-da başa çatacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [22:58]
BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib
- 19.04.2024 [18:40]
AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər
- 19.04.2024 [18:26]
ADPU-da “Heydər Əliyev dərsləri” davam edir
- 19.04.2024 [18:04]
“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans
- 19.04.2024 [17:43]