CƏMİYYƏT
İndiyədək 8300 vətəndaşa avtomatlaşdırılmış qaydada pensiya təyinatı aparılıb
Bakı, 10 aprel, AZƏRTAC
Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul olunmuş qanunla pensiya təyinatının bu il yanvarın 1-dən avtomatlaşırılmış rejimdə həyata keçirilməsi sosial təminat sistemində proaktiv xidmətə keçid istiqamətində ilk mühüm addımdır. Bununla da pensiya yaşına çatanların heç bir sənəd toplamadan və heç yerə müraciət etmədən pensiya hüquqları pensiya yaşı çatan gün həyata keçirilir və bu barədə özlərinə elektron qaydada məlumat göndərilir.
İndiyədək 8300 vətəndaşa avtomatlaşdırılmış qaydada pensiya təyinatı aparılıb. Eyni zamanda, fərdi hesabında ən kiçik məbləğdə belə pensiya kapitalı qeydə alınan pensiya yaşı çatmış şəxslərə 2006-cı ilin yanvarın 1-dək 25 il sosial sığorta stajı avtomatik hesablanır ki, bu da onların pensiya təminatı sistemi ilə əhatə olunmasına imkan verib.
Həmin materialı https://www.youtube.com/watch?v=83k6tGH6t_A video linki vasitəsilə izləmək olar.