CƏMİYYƏT


İndiyədək ANAMA tərəfindən 3444 partlamamış hərbi sursat aşkarlanıb

Bakı, 16 aprel, AZƏRTAC

Aprelin 16-da saat 14:39-da Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi” Xidmətindən, saat 15:48-də isə Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ucar rayonunda dəmiryol xəttinin yaxınlığında minanın tapılması barədə məlumat daxil olub.

ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, məlumatlara əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Qurumun mütəxəssisləri tərəfindən qeyd olunmuş ərazidə Bakı-Qazax dəmiryol xəttinin 295-ci kilometrinə baxış keçirilib. Aparılan təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində heç bir hərbi təyinatı olmayan metal əşya aşkar olunub. Həmin sursat agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Metal əşyanın tapıldığı yerin ətrafında 200 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Yanvarın 1–dən aprelin 16-dək ANAMA tərəfindən 3444 partlamamış hərbi sursat, 73 kiloqram partlayıcı maddə və tank əleyhinə üç mina aşkarlanaraq zərərsizləşdirilib. Bu müddətdə 60 min 715 kvadratmetr ərazi yoxlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.