İQTİSADİYYAT


İndiyədək Azərbaycan ilə Misir arasında 60-a yaxın əməkdaşlıq sazişi imzalanıb

Bakı, 9 dekabr, AZƏRTAC

Dövlət Statistika Komitəsinin (DSK) sədri Tahir Budaqov Misir Ərəb Respublikasının Azərbaycan Respublikasındakı səfiri Hişam Mohamed Nağı Abdel Həmid ilə görüşüb.

DSK-dan AZƏRTAC-a bildirilib ki, Komitənin sədri Tahir Budaqov Abdel Həmidə Azərbaycandakı diplomatik fəaliyyətində uğurlar arzulayıb. Komitə sədri dünyada baş verən mürəkkəb siyasi-iqtisadi proseslər fonunda ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu sosial-iqtisadi islahatlar barədə ətraflı məlumat verib, Azərbaycanla Misir arasında siyasi, mədəni və digər sahələrdə ikitərəfli əlaqələrin daima inkişaf etdiyini vurğulayaraq Dövlət Statistika Komitəsinin fəaliyyət istiqamətləri üzrə həyata keçirdiyi tədbirlər, milli statistika sisteminin təkmilləşdirilməsi ilə bağlı islahatlar haqqında danışaraq, fəal beynəlxalq əməkdaşlıq məsələlərinin önəmini diqqətə çatdırıb.

Misir Ərəb Respublikasının Azərbaycandakı səfiri Abdel Həmid öz növbəsində səmimi görüşə görə Tahir Budaqova təşəkkür edib. Azərbaycan və Misirin dostluq və diplomatik münasibətlərindən söhbət açan səfir indiyə qədər iki ölkə arasında 60-a yaxın əməkdaşlıq sazişinin imzalandığını qeyd edərək, belə sıx münasibətlərin gələcəkdə də davam etdirilməsinin önəmi barəsində söhbət açıb.

Görüşdə hər iki ölkənin statistika qurumları arasında əməkdaşlığın perspektivləri haqqında fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.