CƏMİYYƏT


İndiyədək Azərbaycanda 62 siyasi partiya dövlət qeydiyyatına alınıb

Bakı, 25 yanvar, AZƏRTAC 

Siyasi plüralizm güclü ölkənin və demokratiyanın əsas göstəricisindən biridir. Bu sahədə mühitin formalaşdırılmasında siyasi partiyaların xüsusi rolu var. İndiyədək Azərbaycanda 62 siyasi partiya dövlət qeydiyyatına alınıb. Son bir il ərzində yeddi siyasi partiya dövlət qeydiyyatından keçib. Siyasi partiyaların əksəriyyəti aktiv fəaliyyət göstərir.

AZƏRTAC xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin 2020-ci ildəki fəaliyyətinə həsr olunmuş mətbuat konfransında nazirliyin Qeydiyyat və notariat baş idarəsinin rəisi İlqar Məmmədov bildirib.

Diqqətə çatdırılıb ki, partiyalar dövlətimizin başçısının bəyan etdiyi və yürütdüyü siyasətin nəticəsində siyasi dialoqun tərəfdaşına çevrilib. Azərbaycanda çoxpartiyalı parlament formalaşıb və bu da demokratiyanın inkişafında önəmli addımdır. Biz əksər partiyaların Vətən müharibəsi zamanı Ali Baş Komandanın ətrafında birləşdiyinin şahidi olduq. Siyasi partiyaların birgə bəyanatı da Azərbaycanda yaşanan siyasi birliyin təcəssümüdür. Lakin bəzi siyasi partiyaların fəaliyyəti ümumiyyətlə yoxdur. Onlar siyasi arenada fəaliyyətdən savayı, qanunvericiliklə üzərinə qoyulmuş tələblərə riayət etmirlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.