CƏMİYYƏT


İndiyədək Azərbaycanda koronavirusa yoluxma hallarının aşkarlanması üçün 523 minə yaxın test aparılıb

Bakı, 6 iyul, AZƏRTAC

Bu gün Azərbaycanda koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6240 test aparılıb. Ötən müddət ərzində aparılan testlərin sayı 522 min 773-ə çatıb.

Bu barədə AZƏRTAC-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Hazırda müalicəsi davam etdirilən koronaviruslu xəstələrin sayı 8397-yə bərabərdir. Xəstələrdən 343 nəfəri reanimasiyadadır ki, onlardan da 60-ı süni tənəffüs cihazına qoşulub.

Xatırladaq ki, iyulun 6-da Azərbaycanda koronavirus infeksiyasına daha 513 yoluxma faktı qeydə alınıb, 440 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış səkkiz nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 20 min 837 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən olunub. Onlardan 12 min 182 nəfər müalicə olunaraq sağalıb, 258 nəfər vəfat edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.