İQTİSADİYYAT


İndiyədək “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz”dən çıxarılan neft-qaz həcmləri açıqlanıb

Bakı, 21 aprel, AZƏRTAC

“Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqları istismara veriləndən bu il aprelin 1-dək təqribən 561 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, AÇG-dən 530 milyon ton xam neft, “Şahdəniz”dən isə 31 milyon ton kondensat çıxarılıb.

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən cari il aprelin 1-dək təqribən 560,5 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub.

Yataqlar istismara veriləndən aprelin 1-dək “Azəri-Çıraq-Günəşli”dən 180 milyard kubmetr, “Şahdəniz”dən isə 140 milyard kubmetr qaz hasil edilib. Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın təxminən 95 milyard kubmetri ixraca göndərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.