İQTİSADİYYAT


İndiyədək “Azexport.az” portalında 1,9 milyard dollarlıq ixrac sifarişləri daxil olub

Bakı, 30 iyun, AZƏRTAC

Bu ilin yanvar-may aylarında "Azexport.az" portalına 273,9 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.

AZƏRTAC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın iyun sayına istinadla xəbər verir ki, bu ilin may ayında isə portala daxil olan ixrac sifarişlərinin dəyəri 64,7 milyon dollar təşkil edib.

Mayda "Azexport.az" portalına ən çox ixrac sifarişi pomidor, fındıq, biyan kökü, tütün, yumurta, buğda unu, kartof, yür kökü, çuğundur, kələm, sarımsaq, soğan, şərab, qənnadı məhsulu, metal konstruksiya, boya, çay, nar konsentratı, bal, albalı, meyvə kompotu və sair mallara daxil olub.

2017-ci ilin yanvar ayından bu il mayın 30-dək (41 ay ərzində) "Azexport.az" portalına 141 ölkədən daxil olan ixrac sifarişlərinin dəyəri 1,9 milyard dollar təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.