DÜNYA


İndiyədək İtaliyaya Liviyadan olan minədək qaçqın və sığınacaq axtaran şəxs təxliyə olunub

Roma, 4 iyul, AZƏRTAC

Bu vaxtadək İtaliya ərazisinə Liviyadan olan minədək qaçqın və sığınacaq axtaran şəxs təxliyə edilib.

AZƏRTAC xəbər verir ki, İtaliyanın Daxili İşlər Nazirliyinin məlumatına görə, 2017-ci ildən bəri ölkəyə Liviyadan olan 997 qaçqın və sığınacaq axtaran şəxs təxliyə olunub. Onlardan 95-i həssas qrupa aid olan şəxslərdir.

2021-ci ilin aprelində Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) ilə imzalanmış protokolun icrası çərçivəsində ümumilikdə 500 nəfəri əhatə edən humanitar dəhlizlər yaradılıb.

Qeyd edək ki, BMT QAK 2017-ci ildən indiyədək Liviyadan 6145 qaçqını və sığınacaq axtaran şəxsi təxliyə edib. Liviya hakimiyyətinin humanitar uçuşlara qadağası səbəbindən birillik fasilədən sonra təxliyələr 2021-ci ilin noyabrında bərpa edilib.

BMT QAK hesab edir ki, 2023-cü ildə qlobal miqyasda 2 milyondan çox qaçqın köçürülməyə ehtiyac duyacaq. Bu, 1,47 milyon insanı əhatə edən 2022-ci ildəki göstərici ilə müqayisədə 36 faiz artım deməkdir.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.