İQTİSADİYYAT


İndiyədək “Petlim” konteyner limanında 8,5 milyon nəfər-saat iş görülüb

Bakı, 9 fevral, Nihad Budaqov, AZƏRTAC

SOCAR-ın sərmayə qoyduğu “Petlim” konteyner limanında bu vaxtadək 8,5 milyon nəfər-saat iş görülüb.

AZƏRTAC xəbər verir ki, bu barədə “SOCAR Turkey Enerji A.Ş.” (STEAŞ) məlumat yayıb.

Xatırladaq ki, “Petlim Limancılık Ticaret A.Ş.” şirkətinin 1,5 milyon TEU konteyner saxlama gücünə malik konteyner limanının ikinci mərhələsi ötən ilin sentyabrında istifadəyə verilib. Bununla da İzmirin Əliağa rayonundakı limanın tutumu iki dəfə artıb. Liman iki mərhələdə istifadəyə verilməklə ümumilikdə 450 milyon dollara başa gəlib. Liman gəmilərin yan alması üçün 700 metr uzunluğunda bərədən, 42 hektarlıq konteyner saxlama sahəsindən, eləcə də 150 metrlik karqo və yük bərəsindən ibarətdir. 16 metrlik dərinliyi olan bərə 16 min TEU tutuma malik gəmilərə xidmət göstərə biləcək. Hazırda “Petlim” Egey dənizi hövzəsində ən iritutumlu, Türkiyənin isə üçüncü böyük limanıdır.

Qeyd edək ki, SOCAR-ın Türkiyədəki ən böyük aktivi və səhmlərinin 51 faizi STEAŞ məxsus olan “Petkim PetroKimya Holding A.Ş.”nin törəmə şirkəti “Petlim Limancılık Ticaret A.Ş.” öz səhmlərinin 30 faizini 300 milyon dollara “Goldman Sachs” şirkətinə satıb. Hazırda limanın 70 faizlik hissəsi SOCAR-a, 30 faizlik hissəsi isə “Goldman Sachs”a aiddir. “Petlim”i ilk 28 il müddətində Hollandiyanın “APM Terminals” şirkəti idarə edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.