İQTİSADİYYAT


İndiyədək Qarabağda biznes qurmaq istəyən sahibkarlardan KOBİA-ya 791 müraciət daxil olub

Bakı, 12 oktyabr, AZƏRTAC

“Caspian Energy Club”un təşkilatçılığı ilə növbəti “Onlayn B2G Forum” keçirilib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) AZƏRTAC-a bildirilib ki, tədbirdə işğaldan azad edilmiş ərazilərimizin iqtisadi potensialının reallaşdırılması və bu ərazilərə investisiya qoyuluşu sahibkarların iştirakı ilə müzakirə edilib, onların təklifləri dinlənilib.

KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov qeyd edib ki, işğaldan azad edilmiş ərazilərin zəngin iqtisadi və investisiya potensialına malik olması həmin ərazilərdə müxtəlif sahələri əhatə edəcək yeni biznes layihələrinin reallaşmasına və sərmayələrin cəlb edilməsinə şərait yaradır: “Sahibkarların iştirakı ilə keçirilən bu forum Qarabağın zəngin iqtisadi potensialının reallaşdırılması, işğaldan azad edilmiş ərazilərimizə investisiya qoyuluşu ilə bağlı biznes subyektləri ilə müzakirələrin aparılması və onların təkliflərinin dinlənilməsi üçün əhəmiyyətli platforma rolunu oynayacaq. 2020-ci ilin dekabrından etibarən agentlik işğaldan azad edilmiş ərazilərdə biznes qurmaq istəyən sahibkarlıq subyektlərindən müraciətləri qəbul etməkdə davam edir. İndiyədək işğaldan azad olunmuş ərazilərdə biznes qurmaq istəyən sahibkarlardan KOBİA-ya 791 müraciət daxil olub. Bunlardan 406-sı investisiya layihələri, 385-i isə digər iş və xidmətlərin həyata keçirilməsi ilə bağlıdır. Həmçinin 28 ölkədən 226 layihə təqdim edilib”.

Forumda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.