İQTİSADİYYAT
İndiyədək “Şahdəniz”dən 78,4 milyard kubmetr qaz və 19,6 milyon ton kondensat çıxarılıb
Bakı, 18 yanvar, AZƏRTAC
İşlənmənin əvvəlindən 2017-ci il yanvarın 1-dək Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağından 78,4 milyard kubmetr qaz və 19,6 milyon ton kondensat çıxarılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə məlumat verib.
Akademik bildirib ki, bu il yanvarın 1-dək “Şahdəniz-1” layihəsi üzrə Cənubi Qafqaz Boru Kəməri (CQBK) ilə Gürcüstana 5,9 milyard kubmetr, Türkiyəyə isə 43,8 milyard kubmetr qaz verilib.
“Şahdəniz” yatağındakı 8 işləyən quyudan gündəlik orta hesabla 29,5 milyon kubmetr qaz və 6,5 min ton kondensat hasil edilir. Hazırda Cənubi Qafqaz Boru Kəməri ilə hər gün orta hesabla Gürcüstana 4 milyon kubmetr və Türkiyəyə isə 18,5 milyon kubmetr qaz nəql olunur”, - deyə SOCAR-ın birinci vitse-prezidenti əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]