CƏMİYYƏT


İndiyədək “YAŞAT” Fondunun dəstəyi ilə 63 qazi müalicə məqsədilə Türkiyəyə göndərilib VİDEO

Bakı, 21 aprel, AZƏRTAC

“YAŞAT” Fondu yaradıldığı gündən etibarən dörd istiqamətdə fəaliyyət göstərir. Həmin fəaliyyətlər çərçivəsində növbəti qazilər qrupu müalicə üçün Türkiyə Respublikasına yola salınıb. Onlar 12 nəfərdir. Ümumilikdə, Fondun dəstəyi ilə Türkiyə Respublikasına göndərilən qazilərin sayı 63 nəfər təşkil edir. Onlardan 7 nəfəri sağalaraq Vətənə geri dönüb. Hazırda qardaş ölkədə 56 ağır yaralı qazinin müalicəsi aparılır. Qarşıdakı günlərdə proses davam etdiriləcək.

AZƏRTAC xəbər verir ki, bunu “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov deyib.

Fondun rəhbərinin sözlərinə görə, qazilərin müalicə məqsədilə ölkə xaricinə çıxarılması müəyyən prinsip əsasında aparılır: “Belə ki, səhiyyə qurumları tərəfindən ölkəmizdə müalicəsi mümkün olmayan ağır yaralı qazilərin siyahısı “YAŞAT” Fonduna təqdim olunur. Bundan sonra Fond həmin qazilərin ölkə xaricində müalicə alması üçün fəaliyyətə başlayır və proses həyata keçirilir”.

E.Hüseynov indiyədək “YAŞAT” Fonduna 32 milyon manatdan artıq vəsaitin köçürüldüyünü və onun 18 milyon manatdan çoxunun təyinatı üzrə xərcləndiyini də diqqətə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.