ELM VƏ TƏHSİL
İndiyədək birinci qrup üzrə 14 min 543 abituriyent ixtisas seçib
Bakı, 10 avqust, AZƏRTAC
Avqustun 10-da saat 17:00-a olan məlumata əsasən, bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə elektron ixtisas seçimi ərizələrinin sayı birinci ixtisas qrupu üzrə daha çox müşahidə olunub.
AZƏRTAC-a xəbər verir ki, indiyədək birinci qrup üzrə 14 min 543 abituriyent ixtisas seçib. Onlardan 13 min 138-i Azərbaycan, 1405-i isə rus bölmələrində təhsil alacaq abituriyentlərdir.
Artıq ikinci qrup üzrə 12 min 605, üçüncü qrup üzrə 10 min 926, dördüncü qrup üzrə isə 2 min 970 abituriyent ixtisas seçimi edib. Ümumilikdə isə indiyədək 41 min 44 abituriyent bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə elektron ixtisas seçimi edib.
Xatırladaq ki, beşinci ixtisas qrupu üzrə müsabiqə şərtini ödəmiş və qabiliyyət imtahanlarından müvəffəq qiymət almış abituriyentlər üçün ixtisas seçimi avqustun 10-u saat 23:59-da başa çatacaq və qeyd olunan müddət uzadılmayacaq. Abituriyentlər müsabiqədə iştirak etmək üçün göstərilən vaxtadək öz ixtisas seçimi ərizəsini təsdiqləməlidirlər. Əks təqdirdə onlar müsabiqədə iştirak edə bilməyəcəklər.