CƏMİYYƏT


İndiyədək ölkə əhalisinin 2 milyon nəfərə yaxını icbari tibbi müayinədən keçib

Bakı, 19 mart, AZƏRTAC

Ölkəmizdə fevralın 12-dən başlanılan icbari tibbi müayinə kampaniyasına artıq 2 milyon nəfərə yaxın əhali cəlb olunub.

Bu barədə AZƏRTAC-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Onlardan 36 min nəfəri müalicə edilib, 7400 nəfərə yaxın xəstəxanaya yerləşdirilib.

Bundan başqa 2 min 932 nəfərdə infeksion, 879 nəfərdə yeni törəmələr, 5 min 75 nəfərdə qanyaratma orqanlarında, 5 min 26 nəfərdə endokrin sistemi və s. xəstəliklər aşkar edilib.

Müayinədən keçənlər arasında həzm sistemi, virusla yoluxma, dəri, tənəffüs sistemi, görmə və eşitmə pozğunluqları və hamiləliklə əlaqədar xəstəliklərə də rast gəlinib. Tibbi müayinə edilənlərdən 19 min 810 nəfər dispanser qeydiyyatına götürülüb, 7 min 389 nəfər hospitalizasiya edilib, 623 min 503 nəfər isə əlavə müalicələrə cəlb olunub.

Əhalinin icbari tibbi müayinə tədbirləri mayın 12-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.