ELM VƏ TƏHSİL
İndoneziya Pedaqoji Universitetinin yay kursunu uğurla bitirənlərə sertifikat veriləcək
Bakı, 14 iyul, AZƏRTAC
İndoneziya Pedaqoji Universiteti ölkədə turizm coğrafiyası üzrə virtual yay kursuna sənəd qəbulu elan edir.
Azərbaycan Dillər Universitetindən AZƏRTAC-a bildirilib ki, kursda bakalavriatura, magistratura və ya doktorantura səviyyələri üzrə təhsil alan əcnəbilər iştirak edə bilərlər. Kursu uğurla bitirmiş iştirakçılar sertifikat əldə edəcəklər.
Yay kursu üzrə dərslər həftədə beş dəfə Qərbi İndoneziya vaxtı ilə saat 13:00–dan 15:00-dək onlayn formatda təşkil ediləcək. Kurs avqustun 9-dan 20-dək olan dövrü əhatə edəcək. Kursun tədris dili ingilis dilidir və iştirak ödənişsizdir.
Kurs iştirakçıları Amazon vauçerləri qazanmaq fürsətini əldə edəcəklər.
Yay kursunda iştirak etmək istəyənlər avqustun 8-dək qeydiyyatdan keçməlidirlər. Qeydiyyat və əlavə məlumat üçün İndoneziya Araşdırmalar Mərkəzinə müraciət etmək olar.