DÜNYA


İndoneziya Prezidenti Avropaya səfəri çərçivəsində Kiyevdə və Moskvada da olacaq

Tokio, 27 iyun, AZƏRTAC

İndoneziya Prezidenti Coko Vidodo Avropa ölkələrinə səfərə yola düşüb. O, səfər çərçivəsində G7 liderlərinin iyunun 26-dan 28-dək Almaniyada keçiriləcək sammitində iştirak edəcək, həmçinin Ukrayna və Rusiya liderləri ilə görüşərək tərəflər arasında sülh danışıqları üçün vasitəçilik edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə iyunun 27-də İndoneziyanın “The Jakarta Post” nəşri məlumat yayıb.

Səfərdən əvvəl yerli mətbuata açıqlama verən C.Vidodo bildirib ki, əvvəlcə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcək və onunla qlobal ərzaq çatışmazlığına və xammalın qiymətlərinin kəskin artımına səbəb olan əməliyyatları dayandırmağa çağıracaq.

Qeyd edək ki, İndoneziya G20-yə üzv ölkələrin Rusiyanı cari ilin sonlarında Balidə keçiriləcək sammitə dəvət etməməsi ilə bağlı çağırışlarına cavab verməyib. O, bunun əvəzində həm Rusiya,həm də Ukrayna liderinin həmin sammitə dəvət edib.

Kiyevə səfərindən sonra Moskvaya getməyi də planlaşdıran C.Vidodo Rusiya Prezidenti ilə də eyni məzmunda müzakirələr aparmağı nəzərdə tutur: “Mən bu missiyanı davam etdirərək, Prezident V.Putini atəşin kəsilməsi məqsədilə dialoqa çağıracaq və müharibəni dayandırmağa çalışacağam”.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.