DÜNYA


İndoneziya Prezidenti meşə yanğınları törədənlərin ciddi cəzalandırılması barədə göstəriş verib

Tokio, 17 sentyabr, AZƏRTAC

İndoneziya Prezidenti Coko Vidodo Asiyanın Cənub-Şərqində yerləşən bir neçə ölkədə hava nəqliyyatının hərəkətini pozan və məktəblərin bağlanmasına səbəb olan tüstü dumanını yaradan meşə yanğınlarını törədən şəxslərin və şirkətlərin ciddi cəzalandırılması barədə göstəriş verib.

AZƏRTAC “The Jakarta Post” qəzetinə istinadla xəbər verir ki, Prezident C.Vidodo yanğınlardan daha çox zərər çəkən Pekanbaru əyalətində Nazirlər Kabinetinin iclasını keçirib. İclasda əsasən meşə yanğınlarının qarşısının alınması yolları müzakirə edilib.

Prezident təbii fəlakətin qarşısını almaq üçün Təbii Fəlakətlərin Nəticələri ilə Mübarizə Milli Agentliyinə süni yağışların masştabının genişləndirilməsi, yanğınla mübarizə üçün yanğınsöndürənlərin və ordunun daha çox cəlb olunması barədə göstəriş verib.

İndoneziyanın mərkəzi hissəsini və Malayziyanın bəzi rayonlarını ağuşuna alan yanğınlar nəticəsində artıq iki nəfərin öldüyü və minlərlə insanın nəfəs yollarının kəskin xəstələnməsi diaqnozu ilə xəstəxanalara yerləşdirildiyi bildirilir.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.