DÜNYA


İndoneziya Prezidenti paytaxtın Kalimantan adasına köçürülməsini rəsmi şəkildə təklif edib

Tokio, 16 avqust, AZƏRTAC

Avqustun 16-da İndoneziya Prezidenti Coko Vidodo parlamentdə çıxışı zamanı paytaxtın Cakartadan Kalimantan (Borneo) adasına köçürülməsini rəsmi şəkildə təklif edib.

AZƏRTAC xəbər verir ki, bu barədə o, İndoneziya Respublikasının müstəqilliyinin 74-cü ildönümünə həsr olunan təntənəli nitqi zamanı bəyan edib. Prezident tədbir iştirakçılarını əmin edib ki, yeni paytaxt nəinki milli ənənələri, eyni zamanda, iqtisadi bərabərliyə və ədalətə can atan İndoneziya xalqının tərəqqisini əks etdirəcək. Bununla yanaşı, İndoneziya lideri hələlik hansı şəhərin ölkənin yeni paytaxtı olacağını açıqlamayıb.

İndoneziya hökuməti avqustun 2-də respublikanın paytaxtının Cakartadan Kalimantan adasına köçürülməsi planını təsdiq edib. Bu barədə C.Vidodo ilk dəfə cari ilin aprelində təklif vermişdi. Hökumət paytaxtın köçürülməsinin təqribən 32,5 milyard dollara başa gələcəyini planlaşdırır. Tikinti işlərinin 2021-ci ildə başlanacağı nəzərdə tutulur.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.