DÜNYA


İndoneziya açıq havada maska taxılması barədə mandatı aradan qaldırıb

Tokio, 19 may, AZƏRTAC

İndoneziya qonşu ölkələr olan Malayziya və Sinqapurdan sonra açıq havada maska taxılması barədə mandatı aradan qaldırıb.

AZƏRTAC xəbər verir ki, bu barədə İndoneziya Prezidenti Coko Vidodo bəyan edib.

“Əgər insanlar açıq havada fəaliyyətlə məşğuldurlarsa və ya onlar ətrafda çox insanın olmadığı şəraitdə çalışırlarsa, bu halda onların maska taxmasına ehtiyac yoxdur”, - deyə C.Vidodo bildirib.

Bununla yanaşı, İndoneziya Prezidenti qapalı yerlərdə dərslərin keçirilməsi zamanı və ictimai nəqliyyatda maska taxılmasının zəruriliyini qeyd edib. Həmçinin, yaşlı insanların və müvafiq xəstəlikləri olanların da tədbirlər zamanı maska taxmasının vacibliyini bildirib.

Xatırladaq ki, İndoneziya hökuməti tam peyvənd olunanların ölkəyə gəlməzdən əvvəl PCR testi verməsi barədə tələbi də aradan qaldırıb.

Bildirilir ki, İndoneziyada məhdudiyyətlərin yumşaldılmasına ölkə üzrə COVID-19-a yoluxma hallarının kəskin azalması səbəb olub.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.