DÜNYA


İndoneziya hökuməti qəzaya uğramış təyyarənin axtarış zonasında əməliyyatları üç gün uzadıb

Tokio, 7 noyabr, AZƏRTAC

İndoneziya hökuməti “Lion Air” şirkətinə məxsus qəzaya uğramış təyyarənin axtarış zonasında əməliyyatları üç gün uzadıb.

AZƏRTAC “Detik news” portalına istinadla xəbər verir ki, bu barədə Milli Axtarış və Xilasetmə Agentliyinin rəhbəri Mohammad Sayuqi məlumat verib.

M.Sayuqi qeyd edib ki, həmin müddətdə əsas diqqət qəzanın qurbanlarının axtarışına yönəldiləcək. O, əlavə edib ki, dalğıclar son vaxtlar həlak olanların parçalarını daha az tapırlar. Səsyazma qurğusunun axtarışına gəlincə isə, onun axtarışı Nəqliyyatda Təhlükəsizliyin Təmin Edilməsi Komitəsinin nəzarətindədir. Əgər onlar dalğıcların kömək göstərməsi üçün müraciət etsələr, onda axtarışlar davam etdiriləcək.

Bununla yanaşı, M.Sayuqi bildirib ki, “qara qutu”nun tapılması əsas vəzifə kimi qarşıya qoyulmayıb. Əsas diqqət qəza qurbanlarının tapılmasına yönəldilib.

Əlavə məlumat üçün bildirək ki, tibbi-ekspertizaya təqdim etmək üçün sahilə bu günədək içərisində insan bədənin parçaları olan 180 torba çıxarılıb. Polislər göyərtədə olmuş 189 sərnişindən yalnız 44-nün şəxsiyyətini müəyyən edə biliblər.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.